(TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və İsrail Dövlətinin ölkəmizdəki səfiri cənab Corc Dik arasında görüş keçirilib.

(TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və İsrail Dövlətinin ölkəmizdəki səfiri cənab Corc Dik arasında görüş keçirilib.

(TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və İsrail Dövlətinin ölkəmizdəki səfiri cənab Corc Dik arasında görüş keçirilib.

 

 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və İsrail Dövlətinin ölkəmizdəki səfiri cənab Corc Dik arasında görüş keçirilib.
İdarə Heyətinin sədri Ramin Bayramlı qonaqları salamlayaraq, dövlətlərimiz arasında mövcud olan dərin köklərə malik dostluq münasibətlərinin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
R.Bayramlı Vətən müharibəsi zamanı göstərilən siyasi dəstəyə, həmçinin COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində qəbul edilən metodiki və humanitar tibbi yardıma görə İsrail dövlətinə olan dərin minnətdarlığını Corc Dikə çatdırıb.
Eyni zamanda İdarə Heyətinin sədri Azərbaycanda səhiyyə sahəsində görülən ümumi işlər, ölkədəki epidemik şəraitin son vəziyyəti və vaksinasiya prosesindəki irəliləyişlə bağlı Səfir Diki məlumatlandıraraq, pandemiya ilə mübarizədə İsrail Dövlətinin səhiyyə sahəsində təcrübələrinin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən Səfir göstərilən ehtiram və qonaqpərvərlik üçün TƏBİB rəhbərliyinə təşəkkürünü bildirərək öz növbəsində dostluq və qarşılıqlı əməkdaşlıqdan məmnunluq duyduğunu ifadə edib.Səfir Dik İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinə səfəri haqqında öz təəssüratlarını bölüşərək vəziyyətlə bağlı təəssüf hissi keçirdiyini bildirib.
Görüşün sonunda hər iki tərəf səhiyyə sahəsində ölkələrarası münasibətlərin daha da dərinləşməsi və şaxələnməsi istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndiriləcəyinə əminlik ifadə edib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]