Kiçik yaşlı uşaqlar üçün Qarabağ Azərbaycandır! adlı jurnal işıq üzü görmüşdür

Kiçik yaşlı uşaqlar üçün “Qarabağ Azərbaycandır!” adlı jurnal işıq üzü görmüşdür

 Kiçik yaşlı uşaqlar üçün “Qarabağ Azərbaycandır!” adlı jurnal işıq üzü görmüşdür.

 

Bu günlərdə “Bakı Uşaq Nəşriyyatı” tərəfindən hazırlanmış “Qarabağ Azərbaycandır!” adlı jurnal işıq üzü görmüşdür. Jurnal kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. “Rəngləyək” və “Öyrənək” bölmələrindən ibarət olan bu jurnalda 44 günlük II Qarabağ müharibəsi zamanı işğaldan azad olan torpaqlarımız şeir və rəsm dilində balacalara təqdim olunmuşdur. Jurnalda həmçinin Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Qarabağ ərazisinin tarixi ilə uşaqları yaxından tanış etmək üçün görməli yerlər və tarixi abidələr əksini tapmışdır. İnanırıq ki, bu jurnal gələcəkdə bir tədris vəsaiti olaraq metodiki cəhətdən kiçik yaşlı uşaqların psixomotorik, zehni və idraki fəaliyyətinin inkişafına, eyni zamanda vətənpərvər ruhda böyüməsinə böyük töhfə verəcəkdir. Xatırladaq ki, jurnalın təsisçisi və tərtibçisi Rəşid Aslan, ideya müəllifi Nizami Məmmədli, redaktoru və şeirlərin müəllifi Vahid Aslandır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]