Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi şəhidin ailəsini ziyarət etmişdir (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi şəhidin ailəsini ziyarət etmişdir (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir)

 Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi şəhidin ailəsini ziyarət etmişdir

 

 

Bu gün, 9 mart 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi II Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Sultanzadə Niyaməddin Hüsaməddin oğlunun ailəsini ziyarət etmişdir. Ziyarət zamanı şəhidin ailəsinin qayğıları dinlənilb.Şəhidimizin ailəsi onlar göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, şəhid əsgər Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 10 sentyabr 1998-ci il tarixdə Masallı şəhərində anadan olub. 2005-2016-cı illərdə şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində, «N» saylı hərbi hissədə xidmət etməyə başlamışdır.

10 oktyabr 2018-ci il tarixindən 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator-sutəmizləyici qurğularının operator peşəsi üzrə çalışırdı...

Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin (qiyabi) ikinci kurs tələbəsi idi.

Azərbaycan Ordusunun könüllü əsgəri olan Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə vuruşmuş və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 22 noyabr 2020-ci il tarixdə Masallı şəhər Dadva qəbiristanlığında izdihamla dəfn olundu. Subay idi...

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Hüsaməddin oğlu Sultanzadə ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]