Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi Sağlam olmağın ən sadə yolları mövzusunu təqdim edir

Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi “Sağlam olmağın ən sadə yolları” mövzusunu təqdim edir

Hippokrat deyirdi ki, “Yerimək – insan üçün ən yaxşı dərmandır”. Bu gün elm bu fikrin doğru olduğunu təsdiq edir. Avstraliya alimləri aydınlaşdırıblar ki, gündəlik bir neçə saatlıq gəzintilər ömrümüzü 12-14% artırır, oturaq həyat tərzi isə erkən ölüm riskini 13-17% yüksəldir.


Ona görə də, sağlamlığımız üçün ən asan və sadə üsul daha çox piyada gəzməkdir. Hər gün 30-60 dəqiqə yerimək əhval-ruhiyyəni yaxşılaşdırır, depressiyadan xilas edir və bir çox xəstəliklərin qarşısını alır. Piyada gəzərkən qan dövranı yaxşılaşır, təzyiq normallaşır, ağciyərlər açılır və oksigenlə dolur, əzələlərin tonusu, sümüklərin möhkəmliyi və damarların hərəkətliliyi yüksəlir, beynin işi yaxşılaşır, gərginlik azalır, yuxu normallaşır.


Bəzən elə olur ki, uzun iş günündən sonra idmanla məşğul olmağa vaxt çatmır. Bu zaman işdən sonra açıq havada piyada gəzməyin çox xeyri olur. Bu həm sağlamlıq, həm də artıq çəkidən azad olmaq üçün faydalıdır. Gündəlik gəzintilər müntəzəm hal aldıqda insan özünü gümrah hiss edir, mədə-bağırsağın fəaliyyəti yaxşılaşır, tənəffüs yolları açılır. Piyada gəzən insanlar gecələr normal yatır, səhərlər gümrah oyanırlar.


Özünüzü xəstəliklərdən uzaq görmək istəyirsinizsə, sürətli yerişə üstünlük verin. Sürətli yeriş bir növ idman hərəkəti sayılır və bunu müntəzəm etsəniz, immun sisteminiz möhkəmlənər. Yaşıllıqlar arasında gəzmək oksigenin bol olduğu səhər saatlarında daha münasibdir, çünki ağaclarda fotosintez prosesi məhz həmin vaxt gedir. Dəniz kənarında gəzmək üçün axşam saatları daha ideal vaxtdır, çünki həmin vaxt dənizdən havaya yod ifraz olunur.


Oturaq həyat tərzi uzun müddət davam edərsə, insan zaman keçdikcə gündəlik hərəkətləri etməkdən məhrum olur. Fiziki hərəkətlərin artıq çəkinin və depressiyanın dərmanı olduğu hazırda öz təsdiqini tapmışdır. Belə ki, əzələlər işlədikcə orqanizmdə maddələr mübadiləsi yaxşılaşır. Sağlamlığınızı qorumaq istəyirsinizsə, piyada gəzməyə və sağlam qidalara üstünlük verin.


Tez hazırlanan yeməklər, zəngin olmayan qida rasionu, çox yemək piylənməyə, tez qocalmağa və xəstəliklərə aparan ən qısa yoldur. Hər kəs öz həyat tərzini yaxşılığa doğru dəyişə bilər. Bunun üçün isə yalnız düzgün qidalanmaq və havada piyada gəzmək kifayət edir. Həyat insana bir dəfə verilir. Onun qədrini bilin və bu sadə qaydalara riayət edin ki, sağlam qalasınız.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]