Görkəmli tərcüməçi və şair Sabir Mustafanın Ölməz inam adlı şeirlər kitabı nəşr olunub

Görkəmli tərcüməçi və şair Sabir Mustafanın “Ölməz inam” adlı şeirlər kitabı nəşr olunub

Görkəmli tərcüməçi, şair Sabir Mustafanın “Ölməz inam” adlı şeirlər kitabı nəşr olunub. Kitaba Sabir Mustafanın müxtəlif mövzularda yazdığı şeirlər və “Ölməz inam” adlı poeması daxil edilib. Şeirlərin və poemanın ümumi ahəngində, məzmun-mündəricəsində şairin poetik duyğuları, ovqatı, sevgisi incə lirizm ilə diqqəti cəlb edir.


Tərtibçi Güllüzar Yusifova kitabın çap olunmasına görə ailəsi adından təşəkkürünü bildirib: “Uzun illər Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində çalışan dosent, həyat yoldaşım Sabir Mustafanın kitabının nəşr olunmasında xüsusi diqqət və dəstəyi olan ADU-nun rektoru, akademik Kamal Abdullaya, professor Şahin Xəlilliyə, “Elm və təhsil” nəşriyyatının direktoru, professor Nagir Məmmədliyə ailəmiz adından təşəkkürümü bildirirəm”.


Nəşrin redaktoru və ön sözünün müəllifi, ADU-nun filologiya fakültəsinin dekanı professor Şahin Xəlilli isə bildirib ki, Sabir Mustafa ingilis dilindən etdiyi poetik tərcümələrin ustad mütərcimi kürsüsündə layiqli yer qazanmışdır:


“İngilis və ingilisdilli folklor nümunələrinin, ələlxüsus dünya ədəbiyyatının patriarx dramaturqu və şairi Uilyam Şekspirin 154 sonetini, iki poemasını, “Romeo və Cülyetta”, “Hamlet”, “Otello”, “Kral Lir”, “Maqbet” adlı məşhur pyeslərini böyük zəhmət, səbir və sənətkarlıqla Azərbaycan dilinə tərcümə etmişdir. Səksək yaşını haqlayanda böyük çətinliklərin ağır sınağına tuş gəlib dözə bilmədi. Lakin “ölməz inamı”ilə yoğrulmuş şeirlərini və bir poemasının əlyazmasını bizlərə ərməğan edib oxucu görüşünə çıxmağa ümidini itirmədi”.


Qeyd edək ki, Sabir Mustafa 2020-ci ilin martın 11-də vəfat edib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]