Sumqayıt Texnologiyalar Parkı MMC-nin rəhbərliyi Vətən müharibəsində iştirak etmiş əməkdaşlar ilə görüşdü - FOTO

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin rəhbərliyi Vətən müharibəsində iştirak etmiş əməkdaşlar ilə görüşdü - FOTO

10 mart, 2021-ci il tarixində Sumqayıt Texnologiyalar Parkının Müşahidə Şurası və İdarə Heyətinin üzvləri müəssisənin 2-ci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb. Tədbirdə ilk öncə vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra şirkət rəhbərliyi əməkdaşlara öz ürək sözlərini çatdırıb. Müharibə dövründə hərbi qulluq etmiş əməkdaşlar da keçdikləri döyüş yolu və xatirələri haqda danışıblar. Hər bir əməkdaşa həm işdə, həm də cəbhədə göstərdiyi şücaətə görə STP komandası adından plaket və maddi dəstək təqdim olunub.


STP döyüşlər gedən zaman da cəbhədə olan əməkdaşlarının yanında olub, ailələrini ziyarət edərək ehtiyaclarını qarşılayıb və mənəvi dəstək göstərib. Şirkət rəhbərliyi və şirkətin kollektivi cəbhədə olmuş həmkarları ilə yaxından maraqlanır. Onların əmək fəaliyyətinə qayıtması, fiziki və mənəvi bərpa olması üçün STP maddi, mənəvi və tibbi yardımlarını əsirgəmir.


Sumqayıt Texnologiyalar Parkı müharibəsonrası dövrdə üzərinə düşən məsuliyyəti dərk edir və Qarabağda yenidənqurma işlərinin aparılması, oradakı şəhərləri Qafqazın ən abad, ən müasir  şəhərlərinə çevirmək  yönündə öz xidmətlərini göstərməyə hazırdır.  


Xatırladaq ki, Sumqayıt Texnologiyalar Parkı  II Qarabağ müharibəsinin başlanğıcından həm ordumuza, hərbiçilərə, həm də müharibədən əziyyət çəkmiş mülki əhaliyə mütəmadi  yardımlar etmişdir.  STP  bundan sonra da  dövlətçiliyimizi dəstəkləməyə, vətəndaşlarımızın rifahı üçün çalışmağa davam edəcək.  
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]