Güclü külək dam örtüyünü elektrik xətlərinin üzərinə aşırıb

Güclü külək dam örtüyünü elektrik xətlərinin üzərinə aşırıb

Gecədən əsən güclü külək Abşeron rayonu ərazisində bir sıra fəsadlar yaradıb. Güclü külək bu gün səhər saatlarında rayonun Saray qəsəbəsi sakinin evinin dam örtüyünü uçurub.


Dam örtüyünün ərazidən geçək elektrik enerjisi xəttinin üzərinə düşməsi nəticəsində qəsəbə ərazisinin bir hissəsinin elektrik enerjisi verilişində fasiləyə səbəb olub, infrastruktura ciddi ziyan dəyib.


Qəzanın nəticələrini aradan qaldırmaq üçün hadisə yerinə "Azərişıq" ASC-nin əməkdaşları cəlb edilib.
 

"Azərişıq"dan bildirilib ki, istehlakçıların elektrik enerjisi ilə təchizatı ən qısa zamanda bərpa ediləcək.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]