Ağcabədidə Vətən Müharibəsi şəhidinin adı əbədiləşdirildi. AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=22+ViDEO)

Ağcabədidə Vətən Müharibəsi şəhidinin adı əbədiləşdirildi. AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=22+ViDEO)

 Ağcabədidə Vətən Müharibəsi şəhidinin adı əbədiləşdirildi.


Ağcabədi rayon İcra Hakimiyyəti başçısı cənab Rafil Hüseynovun Sərəncamına əsasən rayonumuzdan olan bütün şəhidlərin xatirəsi əbədiləşdirilir. Həmin küçələrdə şəhidlərin adı və qısa tərcümeyi-halını əks etdirən lövhələr vurulub.
Rayon ərazisində yerləşən küçələrdən birinə Vətən Müharibəsində şəhid olmuş kapitan Samir Mikayıllının adı verildi.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, şəhər sakinləri və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin adını daşıyan küçədə yerləşən lövhənin önünə tər qərənfil dəstələri qoyulub və bütün şəhidlərə Allahdan rəhmət dilənilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]