Ağcabədinin daha on kəndində Vətən Müharibəsi şəhidlərinin adları əbədiləşdirildi. AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=165)

Ağcabədinin daha on kəndində Vətən Müharibəsi şəhidlərinin adları əbədiləşdirildi. AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=165)

 Ağcabədinin daha on kəndində Vətən Müharibəsi şəhidlərinin adları əbədiləşdirildi.

  instaqram AZpress.AZ

 

 facebook 

 

Ağcabədi rayonu ərazisində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi davam etdirilir. Vətən Müharibəsi şəhidlərinin adına küçə verildi.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayon İcra Hakimiyyəti başçısı cənab Rafil Hüseynov, Millət vəkili Tahir Rzayev aparat işçiləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları , şəhidin ailə üzvləri, xatirəsinin əbədiləşdirilməsinə həsr edilən mərasimdə iştirak ediblər. Şəhidlərin adlarının əbədiləşdirildiyi küçələrdə onların portretləri və tərcümeyi-hallarını əks etdirən lövhələr vurulub. Qaravəlli kəndindən Xəzər Bayramov, Qiyaməddinli kəndindən Məhəbbət Quliyevin, Avşar kəndindən Azad Tapdıqovun, Yeni Qaradolaq kəndindən Hafiz Həziyevin, Kəbirli kəndindən Təhmasib Qarayevin, Sarcalı kəndindindən Ceyhun Mustafazadənin, Taynaq kəndindən 2006- cı il təvəllüdlü mülki şəhid Fərid İsgəndərovun, Poladlı kəndindən Əmrah Mamedovun, Hacıbədəlli kəndindən Toğrul Abbasov və Dəyanət Əliyevin, Nəcəfqulubəyli kəndindən Şirnalı Talıbovun adına küçə adları verildi. Mərasimdə bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə göstərilən diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürlər.
Şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Mərasim zamanı rayon rəhbəri, kənd sakinləri, şəhidlərin ailə üzvləri çıxış etmiş, onların ruhuna dualar oxunmuşdur. Xatirə lövhələrinin qarşısına tər qərənfil dəstələri düzmüşlər.
Daha sonra Ağcabədi şəhidlərinin xatirəsinə həsr olunmuş kitablar şəhid ailələrinə təqdim edilib.

   instaqram AZpress.AZ

 

 facebook 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]