"Azərişıq" və "Deloitte Azərbaycan" sahibkarlar üçün vebinar təşkil etdi

"Azərişıq" və "Deloitte Azərbaycan" sahibkarlar üçün vebinar təşkil etdi

“Azərişıq” ASC və "Deloitte Azərbaycan" şirkəti birgə vebinar təşkil edib.


Vebinar “Kiçik və orta bizneslərin inkişafında Elektron Xidmətlərin rolu mövzusunda olub.


"Deloitte Azərbaycan" şirkətinin Risk məsləhətləri üzrə direktoru Tural Hacıyev və “Azərişıq” ASC-nin “ASAN Xidmət”lə İş və Elektron İdarəetmə Departamentinin əməkdaşları elektron xidmətlərin kiçik və orta biznesin inkişafında olan rolu və dünya təcrübəsi haqqında danışıblar.


Müzakirələr zamanı bildirilib ki, Doing Business göstəricilərinə görə xarici  investisiyalar ölkələr arasında yeni texnoloqiyaların ötürülməsinə imkan yaradır və KOBİ-lərin inkişafında mühüm rol oynayır.
Vebinar zamanı “Doing Business” Hesabatının “Elektrikə qoşulma” indikatoru üzrə enerji təchizatı şəbəkəsinə qoşulma prosedurunun  Azərbaycanda  iki mərhələdən ibarət olması barədə geniş məlumat verilib və həmçinin  sahibkarlıq obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı yaradılan Elektron Müraciətlərin İdarə Olunması Sisteminin əyani təqdimatı həyata keçirilib. Elektron sistemin yeni imkanları ilə bağlı həyata keçirilən inteqrasiyalarla bağlı ətraflı məlumat verilib.
 

Sonda isə sahibkarlar tərəfindən maraq doğuran suallar müzakirə edilərək cavablandırılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]