Wings for Life World Run nədir?

Wings for Life World Run nədir?

  instaqram AZpress.AZ

  facebook 

Wings for Life World Run həm əyləncəni, həm də qaçışı bir araya gətirir. Tədbir, 9 may tarixində saat 15:00-da baş tutacaq. Etməli olduğunuz tək şey mobil tətbiqin telefonunuza yükləyərək həmin tarixdə istədiyiniz məkanda qaçışa başlamağınızdır.


Tətbiq üzərindən dünyadakı bütün qaçışçılarla birgə bu həyəcanı paylaşacaqsınız.
 

Marafondan fərqlənməsi və finiş xəttinin olmaması qaçışçılar üçün digər motivasiyalara yol açır. Belə ki, xüsusi mobil tətbiqdəki kalkulyator vasitəsilə istənilən iştirakçı özünə uyğun hədəf təyin edə və və bu hədəfə nə qədər yaxın olduğuna elə tətbiqdəcə göz yetirə bilər. Bundan başqa, tək qaçmağı sevməyən iştirakçılar öz məşq ortaqları ilə birgə bu tətbiqdən yararlana bilərlər.
 

2014-cü ildən bəri hər ilin may ayında keçirilən Wings for Life World Run ənənəvi qaçış yarışlarından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Burada finiş xətti yoxdur.


İştirakçıların əsas məqsədi mobil tətbiqdə onları izləyən “Catcher Car”dan (Virtual maşını) öndə olmaqdır. Start verildikən sonra işə düşəcək Virtual maşın sizi ötüb keçərsə, telefonunuzda səsli bildiriş alacaqsınız.


Qaçış günü telefonunuzun tam enerji ilə dolu olmasından əmin olun. Wings for Life World Run ilə bağlı digər diqqətçəkən məqam isə ondan ibarətdir ki, burada hər kəs öz gücünü sınaya bilər.
 

Qeyd edək ki, Wings for Life World Run qlobal tədbiri qazanc güdmür. Odur ki, əldə edilən bütün gəlir, onurğa beyni iflicinin müalicəsi yönündə aparılan araşdırmaların stimullaşdırılması məqsədilə xərclənəcək.
 

Tədbirin Facebook linki ilə buradan tanış ola bilərsiniz.
 

Wings for Life World Run tətbiqini iOSAndroid üçün yükləyə bilərsiniz.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]