Hikmət Hacıyev: “Ermənistanın yerləşdirdiyi minalar ciddi təhdid yaradır”
Bu xəbəri paylaş
Hikmət Hacıyev: “Ermənistanın yerləşdirdiyi minalar ciddi təhdid yaradır”
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar Tvitter səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir ki, BMT 2005-ci ildə 4 aprel tarixini Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü elan edib.
Azərbaycan Prezidentinin köməkçisi paylaşımda Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistanın yerləşdirdiyi minalara diqqət çəkib:
“Ermənistan tərəfindən yerləşdirilən minalar mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi təhdid yaradır və azad edilmiş torpaqlarda sosial və iqtisadi inkişafa mane olur”.
Bu xəbəri paylaş
(Sadıxov Rasim Mirzəbala oğlu)