Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyasında olub - FOTO

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyasında olub - FOTO

31 mart 2021-ci il tarixdə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Radu Kojekaru (Radu Cojocaru, Technical Officer laboratory, WHO CO Azerbaijan) Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyasını ziyarət etmişdir. Qonağın gəlişinin məqsədi keyfiyyətə nəzarət və bioloji təhlükəsizliyin laborator aspektlərinin qiymətləndirilməsi olmuşdur. Görüş çərçivəsində xüsusilə, pandemiya dövründə laborator diaqnostikanın yaxşılaşdırılması üçün texniki dəstəyin müzakirəsi baş tutmuşdur.


Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriya şöbəsinin müdiri Sevinc Gülmalıyeva və PZR laboratoriyanın həkim-laborantı Səbinə İbrahimova ilə Radu Kojekaru arasında keçirilən görüş zamanı laboratoriyanın infrastrukturu, laboratoriyada xüsusilə, pandemiya dövründə analizlərin aparılması zamanı təhlükəsizliyə riayət edilməsi, laborator avadanlıqların istismarı, diaqnostik testlərlə işlər və s. məsələlər müzakirə olunub. Ekspert analizlərin yığılması, daşınması, qəbulu və qeydiyyatını qiymətləndirmiş, pandemiya dövründə laborator proseslərin yaxşılaşdırılması üçün tövsiyələrini vermişdir.


Görüş çərçivəsində həmçinin, vaksinasiya məsələsi, COVİD-19-a qarşı təhlükəsiz və effektiv vaksinlərin işlənib hazırlanmasının sürətləndirilməsi məsələsinə də toxunulub. Həmçinin, Azərbaycanda yayılmış SARS-CoV-2 virusunun mutasiyasının müəyyən edilməsi və genotipləşdirilməsi üzrə tədqiqatın aparılması imkanları da müzakirə olunub. Ekspert qeyd edib ki, COVİD-19 infeksiyasının profilaktikası üçün daim törədicinin genom dəyişikliklərinin molekulyar-epidemioloji monitorinqini və vaksinasiyanı həyata keçirmək zəruridir.


Ekspertlə geniş müzakirələrdən sonra mütəxəssislər gələcək əməkdaşlıq və əlaqələrin daha da genişləndirilməsi üçün öz koordinatlarını mübadilə ediblər. Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının  PZR laboratoriyası ölkəmizdə SARS-CoV-2 virusuna yoluxması ehtimalı olan insanların Real-Time PZR testlərindən keçirilməsi prosesinə dəstək göstərilməsi məqsədilə 2020-ci ilin aprel ayında təşkil edilmişdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]