Azərişıq" ASC-nin əməkdaşlarının vaksinasiyası başlayıb - FOTO

Azərişıq" ASC-nin əməkdaşlarının vaksinasiyası başlayıb - FOTO

Ümumilikdə 4 gün ərzində davam edəcək vaksinasiya TƏBİB-lə birgə həyata keçirilir.
 

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib ki, 1000-ə yazın əməkdaşın peyvəndlənməsi nəzərdə tutulub:
 

"Daim əməkdaşlarının təhükəsizliyinə və sağlamlığına üstünlük verən "Azərişiq" pandemoya başladığı dövrdən də bütün qaydalara riayət edib.
 

Qarşıdakı 4 gündə könüllülük prinsipi əsasında 40-50 yaş arası 1000-ə yaxın əməkdaşımız peyvəndlənəcək. Amma əgər müraciət olarsa 50 yaşdan yuxarı əmıkdaşlarımızın da vaksinasiyası üçün şərait yarada bilərik".
 

TƏBİB nümayəndəsi Günel Məmmədova isə bildirib ki, hazırda ölkə ərazisində olduğu kimi "Azərişıq" əməkdaşlarına da Çinin “Sinovac” şirkətinin "CoronaVac" vaksini vurulacaq:
 

"Hər gün üçün təxminın 200 nəfər "Azərişıq" əməkdaşının peyvəndlənməsi nəzərdə tutulur"-deyə o əlavə edib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]