Faiq İSMAYILOV: Qeyri-qanuni inşa edilmiş bütün erməni kilsələri məhv edilməlidir.

Faiq İSMAYILOV: Qeyri-qanuni inşa edilmiş bütün erməni kilsələri məhv edilməlidir.

 Qeyri-qanuni inşa edilmiş bütün erməni kilsələri məhv edilməlidir.

  instaqram AZpress.AZ

  facebook 

Son zamanlar erməni təbliğat maşını, dünya mətbuatında işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində bir “erməni kilsəsinin”guya azərbaycanlılar tərəfindən dağıdıldığı barədə məlumatlar yayır, Azərbaycanı dünyada nüfuzdan salmağa, ona olan hörməti zədələməyə çalışırlar.
Halbuki Azərbaycana qarşı yeni böhtan kompaniyası başlayan ermənilərdən 28 il işğal altında saxladıqları Cəbrayıl rayonu ərazisində bir şəhər, dörd qəsəbə, 92 kəndi,93 tarix və mədəniyyət abidəsini, 5 məscidi, 45 inanc yeri və ziyəratgahları, 97 qəbistianlığı niyə dağıtdıqları soruşulmur.
Erməni fitnələrinə dəstək verən ölkələr və Beynəlxalq Təşkilatlar 44 günlük müharibədən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində moritorinq keçirib, mədəni-irs nümunələrinə və vətəndaşların mülkiyyətinə vurulan zərərlərə münasibət bildirməyi ağıllarına belə gətirmirlər. İndi qayıdaq gündəmdə aktual olan kilsə məsələsinə.
Kilsə — xristian dininin təbliği və ibadəti üçün istifadə olunan yerdir. Kilsə dini inanclıların çox olduğu inzibati yaşayış məntəqələrindədini icmaların təşəbbüsləri və razılığı ilə inşa edilir. Bu dünyanın bütün xristian ölkələrində istifadə olunan ümumi qaydadır.
Kilsə hansısa yol kənarında, hansısa səhrada, hansısa kənd xarabalılığında şəxsi və ya siyasi məqsədlərlərə görə inşa edilə bilməz. Çünki kilsə sözünün mənası "topluluq və ya çağırılanların" yəni inanclıların birliyidir. O yerdə toplum şəkildə inanclılar yaşamırsa, o yerdə kilsə inşa edilə bilməz.
Bu baxımdan 2017-ci ildə bir nəfər də olsun erməni sakini olmayan Cəbrayıl rayonu ərazisinin səhralıq bir yerində əsgərlər tərəfindən, əsgərlərin istirahəti üçün inşa edilən hansısa bir qurğuvə ya binanın üzərinə zəng asıb kilsə adlandırmaq olmaz. Bu tikintinin nə hüquqi, nədə dini baxımdan heç bir əsası yoxdur. Bina qeyri-qanuni inşa edildiyi üçün Azərbaycan qanunvericiliyinə uyğun sökülməlidir.

Bütün beynəlxalq qanunları və dini qaydaları ayaqları altına atan Ermənistan Hökuməti qeyri-qanuni yollarla işğal altında saxladıqları Azərbaycan ərazilərində 20-dən çox erməni kilsəsi tikmiş, 50-dən çox Qafqaz Albaniyası dövrü memarlıq abidələrinin xarici görünüşünü dəyişdirərək kilsə adlandırıblar.
İşğaldan azad edilmiş ərazilərdə baş vermiş bütün qeyri-qanuni fəaliyyətlərin nəticələrini aradan qaldırmaq, öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan Dövlətinin və xalqının suveren hüququdur. Bu istiqamətdə Azərbaycan heç bir dövlət və ya Beynəlxalq təşkilat qarşısında məsuliyyət daşımır və hesabat vermir. İşğal dövrü baş vermiş bu kimi neqativ hallar Azərbaycan qanunvericiliyinə uyğunaradan qaldırılmalı yəni, ərazilər öz əvvəlki vəziyyətinə qaytarılmalıdır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, işğal dövrü inşa edilmiş bütün erməni kilsələri sökülməlidir. Onlardan bir neçəsini diqqətinizə təqdim edirik.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]