Azərbaycan Respublikası Baş Prokurorluğu və Bakı Dövlət Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb - FOTO

Azərbaycan Respublikası Baş Prokurorluğu və Bakı Dövlət Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb - FOTO

Azərbaycan Respublikası Prokurorluğu orqanları ilə ölkənin aparıcı ali təhsil müəssisələri arasında fəal əməkdaşlıq əlaqələrinın daha da inkişaf etdirilməsi, peşə hazırlığı və tədrisin təşkili sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm və ardıcıl tədbirlər davam etdirilir.


Həmin tədbirlərin davamı olaraq, 5 aprel 2021-ci il tarixdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olmuşdur.


İlkin olaraq qonaqlar Baş Prokurorluğun yeni istifadəyə verilmiş inzibati binalar kompleksi, o cümlədən Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, mühazirə, praktiki məşğələlər və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olmuşlar.


Tədbir çərçivəsində rektor Elçin Babayevlə Baş prokurorun müavini Elmar Camalovun arasında görüş keçirilmiş, görüşdə BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov, Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, Elm-Tədris Mərkəzinin şöbə rəisi Ramin Camalov, böyük prokuroru Nigar Qələndərli iştirak etmişlər.  


Görüşdə iki qurum üçün olduqca faydalı olan qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilmiş, gənc hüquqşünasların peşə hazırlığının təşkil edilməsi istiqamətində səylərin birləşdirilməsi qərara alınmışdır.


Azərbaycan Respublikasının Baş prokuroru yanında məşvərətçi orqan olan Elmi-Məsləhət Şurasının fəaliyyətində Bakı Dövlət Universiteti nümayəndəsinin səmərəli fəaliyyəti xüsusi olaraq qeyd edilmişdir.    


Görüşün nəticələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Bakı Dövlət Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.


Müqavilə birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi, elmi məqalələrin, vəsaitlərin və mətbu nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətdə daha çox rast gəlinən problemlərin həlli məqsədilə birgə elmi-praktiki araşdırmaların aparılması və sair məsələlər üzrə geniş və səmərəli əməkdaşlığı əhatə edir.


Baş Prokurorluqla Bakı Dövlət Universiteti arasında imzalanmış müqavilə gənc hüquqşünasların hazırlanmasına da mühüm töhfə verəcəkdir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]