Asif Nərimanlı: Rusların Şuşaya atılan İsgəndər raketilə bağlı cavabsız qoyduğu 10 SUAL...

Asif Nərimanlı: Rusların Şuşaya atılan “İsgəndər” raketilə bağlı cavabsız qoyduğu 10 SUAL...

 Rusların Şuşaya atılan “İsgəndər” raketilə bağlı cavabsız qoyduğu 10 SUAL...

   instaqram AZpress.AZ

  facebook 

Azərbaycan rəsmi qurumu ANAMA (Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) işğaldan azad edilmiş Şuşa şəhərinə Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik "İsgəndər-M" raketlərinin atıldığını müzakirəyı çıxarıb.


Bu fakt dünya mediasında da böyük əks-səda doğurub. Tapılan qalıqlar Rusiyanın beynəlxalq razılaşmaları pozaraq, Ermənistana hədəfi vurma radiusu 500 kilometri ötən operativ-taktiki “İsgəndər” raketləri satdığını təsdiqləyir.

Beləliklə, Rusiyanın Ermənistana "İsgəndər-M" raketini satması beynəlxalq öhdəlikləri pozması anlamına gəlir.

Rusiya isə hələ ki, məsələyə əməlli-başlı cavab verməyib... Rusların məsələylə bağlı cavabsız qoyduğu 10 sual...


1. Şuşaya atılan “İsgəndər - M” raketi Ermənistana necə verilib?

2. Ermənistana “İsgəndər - E” yox, “İsgəndər - M” verilibsə, Rusiya 300 kilometrdən çox uçan ballistik raketlərlə bağlı öhdəliyi niyə pozub?

3. Xeyr, Ermənistana “İsgəndər – E” raketi verilibsə, o zaman, “İsgəndər – M” raketi Şuşaya doğru haradan uçub?

4. “İsgəndər – M”lər Ermənistandakı Rusiya hərbi bazasındadırsa, raket oradanmı atılıb?

5. “İsgəndər” raketi ilə təchiz olunan Rusiya Cənub Hərbi Dairəsi bu işin harasında yer alır?

6. Əmri kim verib: ruslarmı?

7. Rusiyanın hərbi-siyasi rəhbərliyinin belə bir əmrdən xəbəri olubmu?

8. “İsgəndər – M” Ermənistana qaçaq yolla aparılıbsa, Rusiyanın nüvə başlığı daşımaq qabiliyyətinə malik raketlərinə nəzarət imkanı bu qədərmi zəifdir?

9. Rusiya gömrük və sərhəd məntəqələrinə nəzarət edə bilmirmi, yaxud kiçik həcmli stabilizatoru tapanlar necə olur ballistik raketləri gözdən qaçırıb?

10. Və ən əsası Rusiya bu suallar qarşısında niyə susur?

Rusiya “danışır Moskva” modelindən “susur Moskva” modelinə keçib. Və bu, bizə versiyalar irəli sürmək imkanı verir:


Birinci versiya: Rusiya Ermənistana “İsgəndər – E” yox, “İsgəndər – M” raketləri verib;


İkinci versiya: “İsgəndər – M”lər iddia edildiyi kimi, Cənub Hərbi Dairənin anbarlarından oğurlanaraq, Ermənistana qeyri-leqal yollarla ötürülüb və fakt ortaya çıxanda Rusiyanın hərbi-siyasi rəhbərliyi, yaxud bu ölkədəki yüksək dairələr məsələni ört-basdır etməyə çalışır;


Üçüncü versiya: Şuşaya raket ya Gümrüdəki bazadan, ya da Cənub Hərbi Dairəsinin nəzarət bölgəsindən atılıb.

 

Asif Nərimanlı

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]