Qazaxıstanın müstəqilliyinin 30 illiyi şərəfinə Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında "Qazax ədəbiyyatını həftəsinin" açılışı olub - FOTO

Qazaxıstanın müstəqilliyinin 30 illiyi şərəfinə Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında "Qazax ədəbiyyatını həftəsinin" açılışı olub - FOTO

  instaqram AZpress.AZ

  facebook 

Qazaxıstanla Azərbaycan arasında mədəniyyət və elm sahəsində uzunmüddətli əməkdaşlıq proqramının həyata keçirilməsi çərçivəsində 7 aprel 2021-ci il tarixində Səfir Serjan Abdıkarimov Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasını ziyarət edib və direktor Məmməd Əliyev ilə görüş keçirib.Tərəflər, cari ilin 7-14 aprel tarixlərində keçiriləcək "Qazax ədəbiyyatının həftəsinin" açılışını ediblər.
 

Mərasimi açarkən, M.Əliyev bildirib ki, bu layihə iki ölkənin ikitərəfli mədəniyyət və elmi əməkdaşlığının möhkəmləndirilməsində mühüm töhfə verəcək.
 

S.Abdıkarimov, iki ölkənin gəncləri naminə təhsil, kitab mübadiləsi və elmi tədqiqatlar sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
 

Görüşün yekununda tərəflər kitabxana işində elmi-informasiya əməkdaşlığını aktivləşdirmək, Qazaxıstanın və Azərbaycanın elmi kitabxanalar və müəssisələr arasında müvafiq sazişlərin imzalamaq məsələsini razılaşdırıblar.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]