Bakının mərkəzi küçələrində Bakı Şəhər Halqasınıntikintiişləri başlayır

Bakının mərkəzi küçələrində Bakı Şəhər Halqasınıntikintiişləri başlayır

 Bakının mərkəzi küçələrində Bakı Şəhər Halqasınıntikintiişləri başlayır

 

Bakıda növbəti Formula 1 yarışı 4-6iyun 2021-ci il tarixlərində baş tutacaq. Bununla bağlı AzərbaycanQran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətipaytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrindəgecə saatlarında tikinti-quraşdırma işlərinəbaşlayır.

Daha öncə qeyd olunduğu kimi,mart ayının 31-dən başlayaraqPuşkin və Xaqani küçələrinin kəsişməsi arasındakı ərazidənBül-bül prospekti istiqamətində olan yolun üzərindəbeton bloklar şəklində olan təhlükəsizlikbaryerlərinin quraşdırılmasına start verilir.Tikinti-quraşdırma işlərinin aparılması axşam saat 10:00-dan səhər saat 06:00-dək planlaşdırılıbdır. Bütün bunları nəzərə alaraq sürücülərdənxahiş olunur ki, avtomobillərinihəmin saatlarda Xəqani küçəsində park etməkdən çəkinsinlər. Əks halda qeyd olunan ərazidəpark edilmiş avtomobillər başqa yerə çəkiləcəkdir.

Həmçinin,yolun qeyd olunan hissələrində aparılan təmir-tikinti işlərini nəzərə alaraq,gecə vaxtı yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması məqsədiləsürücülərdənavtomobili idarə edərkən daha diqqətli olmaları və sürət həddini aşmamalarıxahiş olunur.

Ümumilikdə yarış trekinin tikinti-quraşdırma işləri 2021-ci ilin iyun ayınadək davam edəcəkdir. Formula 1 trekinin Puşkin və Xaqani küçələrinin kəsişməsindən Bül-bül prospekti istiqamətində olan əraziyədək kəsiyində tikinti işlərinin 15 aprel tarixinədək yekunlaşması gözlənilir. Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.

Bakı Şəhər Halqası ƏŞ müvəqqəti narahatlığa görə sakinlərdən üzr istəyir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]