Energetika naziri Xorvatiyanın səfiri ilə görüşüb

Energetika naziri Xorvatiyanın səfiri ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Xorvatiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçi qəbul edib.


Görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, o cümlədən Cənub Qaz Dəhlizinin bir hissəsi olan və Xorvatiyanın da iştirak etdiyi İon-Adriatik Boru Kəməri layihəsi, eləcə də Azərbaycanda yaşıl enerji potensialının reallaşdırılması ilə bağlı görülən işlər müzakirə olunub, İon-Adriatik Boru Kəməri layihəsinin həyata keçirilməsi istiqamətində Azərbaycan tərəfinin davamlı dəstəyi yüksək qiymətləndirilib.


Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]