Qrup komandamız onlayn turnirdə ikinci olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Qrup komandamız onlayn turnirdə ikinci olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

 BƏDİİ GİMNASTİKA
---------------------------------------------------------------
Qrup komandamız onlayn turnirdə ikinci olub


Finlandiya Gimnastika Federasiyasının təşəbbüsü ilə onlayn formatda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Turnirdə heyəti Zeynəb Hümmətova, Məryəm Səfərova, Dariya Sorokin, Ləman Əlimuradova və Yelizavet Luzandan ibarət qrup komandamız da iştirak edib. Beşliyimiz 3 hələ və 2 cüt gürzlə nümayiş etdirdiyi hərəkətə görə ikinci yeri tutaraq, gümüş medala layiq görülüb. Xatırladaq ki, bu beşliyimiz bir neçə gün öncə Sofiyada (Bolqarıstan) keçirilən Dunya Kubokunun mərhələ yarışında çoxnövçülükdə gümüş, 3 həlqə/2 gürzlə isə bürünc medal qazanmışdı.
Yeri gəlmişkən, gimnastlarımız 16-18 aprel günlərində isə Özbəristanın paytaxtı Daşkənddə keçiriləcək Dünya Kubokunun mərhələ uarışında iştirak edəcək. Asiya turnesində qrup komandamızla yanaşı, daha iki təmsilçimiz - Arzu Cəliklova və Nərminə Səmədova isə fərdi yarışlara qatılacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]