Ağcabədidə şəhidlərin xatirəsinə inşa edilən abidə-bulağın açılışı olmuşdur AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=48+ViDEO)

Ağcabədidə şəhidlərin xatirəsinə inşa edilən abidə-bulağın açılışı olmuşdur AZpressAZ - Mais Ibrahimov, Ağcabədi (+FOTO=48+ViDEO)

 Ağcabədidə şəhidlərin xatirəsinə inşa edilən abidə-bulağın açılışı olmuşdur

  instaqram AZpress.AZ

  facebook 

10 aprel 20201-ci il tarixdə Vətən müharibəsi şəhidi Mustafazadə Ceyhun Şükür oğlunun doğulduğu Ağcabədi rayonunun Sarıcalı kəndində abidə-bulağın açılışı olub.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, ehsan bulağının açılış mərasimində şəhidin ailə üzvləri, Ağcabədi və Xocalı rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimai fəallar, müharibə veteranları, kənd sakinləri, media mənsubları iştirak ediblər.
Ceyhun Mustafazadənin ailəsinin şəxsi vəsaiti hesabına inşa edilən abidə-bulağın açılışında çıxış edənlər şəhidin həyat və döyüş yolundan da danışıblar.
Qeyd edək ki, Mustafazadə Ceyhun Şükür oğlu 1997-ci il yanvar ayının 27-də Ağcabədi rayonu Sarıcalı kəndində anadan olub. Sarıcalı kəndi Müşfiq Uluxanov adına tam orta məktəbi bitirib. 2013-cü ildə Ağcabədi Pedaqoji Kollecinin Texnologiya Müəllimliyi fakültəsinə qəbul olub.Kolleci bitirdikdən sonra, 2017-ci il iyun ayında hərbi xidmətə çağırılıb. Naxçıvandakı “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət edib. 2019-cu il yanvar ayında hərbi xidmətini başa vurub. 2020-ci ilin yanvar ayında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Xidmətini kəşfiyatçı kimi davam etdirib.
Naxçıvanda Günnütün alınmasında cəsur döyüşçü kimi vuruşan Ceyhun, Vətən müharibəsinin də iştirakçısı olub və
Murov yüksəklikləri, Cəbrayıl, Füzuli, Ağdərə istiqamətində Suqovuşan kəndi və Mübariz İbrahimov postu uğrunda döyüşlərdə və başqa yüksəkliklərin alınmasında yüksək səviyyədə iştirak edib. Oktyabrın 10-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Fotomüxbir Mais Amin AZpress.AZ Ağcabədi

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]