Cİ-nin ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Cİ-nin ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

 Cİ-nin ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

 

  instaqram AZpress.AZ

  facebook 

 

 

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi ilə Elmi şuranın növbəti iclası skayp vasitəsilə baş tutub.

Tədbirdə yeni qəbul olunmuş dissertant və doktorantların elmi işlərinin mövzuları müzakirə edilib. Doktorantların “Azərbaycan Respublikasında işğaldan azad olunmuş ərazilərində mədəni irs potensialından davamlı turizmin inkişafında istifadə imkanları”, “İşğaldan azad olunmuş ərazilərdə əhalinin həyat şəraitinin bərpası və təşkilinin yolları”, “Xəzər dənizi səthindən buxarlanmanın məkan və zaman xüsusiyyətlərinin tədqiqi” mövzuları təsdiq edilib.

“Azərbaycanda müasir coğrafi tədqiqatların əsas istiqamətləri”, “Gəncə-Qazax iqtisadi rayonuna xas xəstəliklərin yaranması və yayılmasında coğrafi şəraitin əhalinin sağlamlığına təsiri”, “Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda heyvandarlığın ərazi təşkili və inkişaf perspektivləri”, “Ceyrançöl alçaq dağlığı geosistemlərinin transformasiyası və landşaft-ekoloji planlaşdırılmasının əsas istiqamətləri” dissertantların mövzuları Elmi şura tərəfindən təsdiqlənib.

Sonra iclasda “Qarabağın coğrafiyası” kitabının hazırlanmasının gedişi haqqında, çapa hazırlanan monoqrafiyalara rəylərin verilməsi və digər bu kimi məsələlər müzakirə edilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]