MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva "İlin işgüzar xanımı" mükafatına layiq görülüb - FOTO

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva "İlin işgüzar xanımı" mükafatına layiq görülüb - FOTO

  instaqram AZpress.AZ

  facebook 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin Sədri xanım Arzu Bagirova  "Azerbaijan Woman Awards" layihəsinin təsisçisi Aqil Məmiyev və layihənin ictimai əlaqələr üzrə katibi Vüqar Səfərli ilə görüşüb.


Maraqlı layihə ilə çıxış edən gənc fəalları xarici əlaqələr quraraq, habelə ölkədaxilində nüfuzlu ziyalılar, ictimai xadimlərlə əməkdaşlıq edərək, öz təsis etdikləri layihəni brendə çevirdiklərini vurğulayaraq, onlar uğurlar arzulayıb.


A.Məmiyev Q.Paşayevanın "Azerbaijan Woman Awards 2020"-nin "İlin işgüzar xanımı" nominasiyası üzrə qalibi seçildiyini  bildirərək, müvafiq sertifikat və mükafatı ona təqdim edib, yeni uğurlar arzulayıb.


Q.Paşayeva mükafat üçün təşkilatçılara, münsiflərə təşəkkür edərək, onları Novruz bayramı münasibəti ilə təbrik edib, onlara Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.


Görüşdə RHİMİB sədri Arzu Bağırova da iştirak edib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]