Koronavirus xəstələrinə nə zaman antibiotik vurulmalıdır?

Koronavirus xəstələrinə nə zaman antibiotik vurulmalıdır?

 Koronavirus xəstələrinə nə zaman antibiotik vurulmalıdır?

  instaqram AZpress.AZ

 

  facebook 

COVID-19 xəstələrində ikincili bakterial infeksiya əmələ gəldikdə antibiotik təyin olunur.

 

Bunu Səhiyyə Nazirliyinin baş terapevti Faiq Abdullayev bildirib.

 

Həkimin sözlərinə görə, antibiotiklər bədənə zərərli olan patogen bakteriyaların böyüməsinin qarşısını almaq və onları məhv etmək üçün həkim tərəfindən təyin olunan dərmanlardır:

 

“Antibiotik müalicəsindəki ən vacib məqam bu müalicənin fərdi olmasıdır. Eyni simptomları olan iki insanı nəzərə alaraq, biri üçün təyin olunan antibiotik müalicəsi digər simptomatik şəxs üçün uyğun olmaya bilər. Antibiotikin uzunmüddətli istifadəsi onların təsirinə davamlı həsasslığın yaranmasına səbəb olur. Buna gorə də onları yalnız qısa müddət və bakteriyaların antibakterial preparatlara qarşı həssaslığını öyrənəndən sonra təyin edirlər.

 

Antibiotiklərin digər dərmanlar kimi çoxsaylı yan təsirləri var və bəziləri böyük problemlərə səbəb ola bilər. Ən çox görülən yan təsirlərdən biri bədəndə mövcud olan və insan üçün faydalı bakteriyaları məhv etməsidir. Məsələn, bağırsaq florasında K vitamini sintez edən və qida maddələrinin həzm olunmasına, mənimsənilməsinə cavabdeh olan bir çox köməkçi bakteriya var. Bağırsaq florasının tarazlığı pozulursa, funksiyalarını yerinə yetirə bilmədikləri üçün müalicə alan insanlarda bağırsaq problemləri tez-tez müşahidə edilə bilər. Artıq miqdarda antibiotik istifadəsinin zərərləri - xəstəxanadaxili və ya nazokomial infeksiyaların törədicilərinin yaranmasıdır. COVID-19 xəstələrində ikincili bakterial infeksiya əmələ gəldikdə antibiotik təyin olunur. Artıq miqdarda antibiotiklərin istifadəsi həm immuniteti, həm də qanda leykosit miqdarını aşağı salır”.

 

O qeyd edib ki, bəzi insanlarda antibiotik allergiyası olaraq bilinən problemlərə səbəb ola bilər:

 

“Dəridə qaşınma, tənəffüsdə çətinlik, qəfil aşağı düşən təzyiq, sürətli ürək döyüntüsü, huş itirmə kimi allergik simptomlar müşahidə edilə bilər. Bir çox antibiotik mədə narahatlığına və ya digər mədə-bağırsaq problemlərini yarada bilir. Həmçinin, ürək bulanması, qusma, ishal. Makrolid antibiotiklər, sefalosporinlər, penisillinlər və ftorxinolonlar digər antibiotiklərdən daha çox mədə narahatlığına səbəb ola bilər. Tetrasiklin qrupundan bir antibiotik qəbul edirsinizsə, bədən işığa daha həssas ola bilər. Dəri günəş yanığına daha çox meyl edə bilər. Tetrasiklin və doksisiklin kimi antibiotiklər, dişləri hələ inkişaf etməkdə olan uşaqlarda qalıcı diş boyanmasına səbəb ola bilər. Bu təsir daha çox 8 yaşdan kiçik uşaqlarda olur. Hamilə qadın bu dərmanları qəbul edərsə, inkişaf etməkdə olan uşağın süd dişlərini ləkələyə bilər.

 

Stevens-Johnson sindromu (SJS) dəri və selikli qişalarda nadir görünən, lakin ciddi bir xəstəlikdir. Mukus membranlar, bədənin burun, ağız, boğaz və ağciyər kimi bəzi hissələrinin nəm astarlarıdır. Stevens-Johnson sindromu (SJS), antibiotiklər də daxil olmaqla hər hansı bir dərmanla baş verə biləcək bir reaksiyadır. Beta-laktam və sulfametoksazol kimi antibiotiklərlə daha tez-tez baş verir. Nadir hallarda müəyyən antibiotiklər nizamsız bir ürək atışı və ya aşağı qan təzyiqi kimi ürək problemlərinə səbəb ola bilər”.

 

Terapevt bildirib ki, antibiotik istifadəsi zamanı bir sıra qaydalara əməl etmək tövsiyə olunur:

 

“Əgər istifadə etdiyimiz antibiotik həb şəklindədirsə, bol su ilə qəbul edilməlidir. Antibiotik qəbul edən saatlara riayət edilməli və antibiotiklər lazımi vaxtda alınmırsa, növbəti saat ərzində həddindən artıq doz qəbul edilməməlidir. Yanaşı qəbul etdiyimiz davamlı dərmanlar varsa, antibiotik təyin etmədən həkimə bu barədə məlumat verilməlidir. Bəzi antibiotik növləri alkoqol istifadəsi nəticəsində ciddi yan təsirlərə səbəb olur. Bu cür qarşılıqlı təsirlər müalicənin uzanması və təsir yükünün azalması kimi bir çox nəticəyə səbəb ola bilər. Bu cür halların qarşısını almaq üçün yalnız həkim təyinatı üzrə antibiotik qəbul etməli və müalicə zamanı xüsusi vəziyyətlərə diqqətlə riayət edilməlidir”.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]