Həbsdə olan sabiq deputat aclıq aksiyası keçirir

Həbsdə olan sabiq deputat aclıq aksiyası keçirir

 Həbsdə olan sabiq deputat aclıq aksiyası keçirir

  instaqram AZpress.AZ

 

  facebook 

Vergidən yayınmaqda və qanunsuz sahibkarlıqda ittiham edilərək həbs edilən sabiq deputat, "Quska" ləqəbli Hüseyn Abdullayev aclıq aksiyasına başlayıb.

 

Bu barədə jurnalist Əvəz Zeynallı məlumat paylaşıb.

 

O bildirib ki, 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Hüseyn Abdullayev ona verilən 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına etiraz olaraq aclıq aksiyası keçirir.

 

İttihama görə, H.Abdullayev külli miqdarda məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda, qanunsuz sahibkarlıqda suçlanır.

 

Həmçinin H.Abdullayev dəfələrlə Almaniyadan istifadəsində olan telefonla “Autist Uşaqların Reabilitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməkdə günahlandırılıb.

 

Hüseyn Abdullayev özünü təqsirli bilmir.

 

Xatırladaq ki, Hüseyn Abdullayev bir neçə gün öncə ölkə rəhbərliyinə müraciət edərək həbsinin ədalətsizlik olduğu üçün Azərbaycan vətəndaşlığından çıxarılmasını istəmişdi.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]