Baytarlıq təyinatlı antimikrob preparatlardan düzgün istifadə ilə bağlı maarifləndirici çap materialı hazırlanıb

Baytarlıq təyinatlı antimikrob preparatlardan düzgün istifadə ilə bağlı maarifləndirici çap materialı hazırlanıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) əhalinin qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində maarifləndirilməsi tədbirlərini davam etdirir. Ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində “tarladan süfrəyə” şüarı altında qida zəncirinin bütün mərhələlərində iştirak etən tərəflərin məlumatlandırılması məqsədi ilə İnstitut tərəfindən həyata keçirilən tədbirlərin miqyası genişləndirilir.
 

Bu məqsədlə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq, AQTİ tərəfindən baytarlıq təyinatlı antimikrob preparatlardan düzgün istifadə mövzusunda maarifləndirici çap materialı hazırlanıb.
 

Maarifləndirici çap materialında bu cür preparatların heyvandarlıqda xəstəliklərin müaicəsi və profilaktikası məqsədilə istifadə edildiyi bildirilir. Həmçinin antimikrob preparatlardan yalnız baytar həkimin təyinatı əsasında istifadə olunmalı olduğu diqqətə çatdırılır. Qeyd olunur ki, antimikrob preparatlardan uzun müddətli və ya kortəbii istifadə edilməsi müxtəlif təhlükələrə gətirib çıxara bilər.
 

Qeyd edək ki, İnstitut tərəfindən əhalinin maarifləndirilməsi istiqamətində ardıcıl olaraq müxtəlif layihələr həyata keçirilməkdədir. Burada əsas məqsədlərdən biri də vətəndaşların qida təhlükəsizliyi sahəsində məlumatlılığını genişləndirmək, onların prosesdə aktiv iştirakını təmin etməkdir.
 

Çap materialı ilə tanış olmaq üçün linkə daxil ola bilərsiniz: https://afsi.gov.az/az/download/78f648c176df45059168bf26336e8197

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]