Ceyhun Məmmədov: İslam Əməkdaşlıq Təşkilatının nümayəndələrinin səfəri işimizə böyük töhfə verəcək

Ceyhun Məmmədov: İslam Əməkdaşlıq Təşkilatının nümayəndələrinin səfəri işimizə böyük töhfə verəcək

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupu üzvləri Azərbaycanda səfərdədir. Təmas Qrupunun üzvləri bu gün Gəncədə və işğaldan azad edilmiş ərazilərdə olublar.
 

Ağdam məscidində namaz qılan İƏT nümayəndələri sonra Ağdam şəhərində İbrahim Xəlil Xanın İmarətində olublar. Xatırladaq ki, ermənilər işğal dövründə bu imarətdə donuz saxlayırdılar.
 

Bu səfərin əhəmiyyəti barədə 1news.az-a danışan Milli Məclisin İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, ermənilər işğal müddətində bizim bütün dini, tarixi abidələrimizi dağıdıb:
 

“Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistan uzun müddətdir çalışır ki, müsəlman ölkələri ilə sıx əlaqə qursun. Ermənistan özünü müsəlman ölkələrinin dostu kimi göstərməyə çalışır. Amma reallıq onu göstərir ki, bu heç də belə deyil. Bizim torpaqlarımız Ermənistanın işğalı altında olduğu vaxtda bizim abidələrimiz dağıdılıb. Müharibədən əvvəlki dövrdə də Ermənistanın xarici işlər naziri müsəlman ölkərinə gedərək orada dostluq mesajı verirdi ki, biz müsəlmanların dostuyuq, gəlin əlaqə yaradaq, əməkdaşlıq edək”.
 

Deputat qeyd edib ki, bu məsələdə müsəlman ölkələri 3 kateqoriyaya bölünüb:
 

“Bir hissəsi Ermənistanla heç bir əlaqə saxlamayan, Pakistan kimi, başqa bir hissəsi Ermənistanla sıx əlaqə saxlayan, bir də neytral mövqedə duran ölkələr var. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvlərinin Azərbaycana səfəri xüsusi önəm daşıyır. Onlar öz gözləri ilə görəcək ki, ermənilər bizim ərazilərimizi, tarixi, dini abidələrimizi necə vəhşicəsinə dağıdıblar. Cənab Prezidentin də qeyd etdiyi kimi, 67 məsciddən yalnız 3-ü nisbətən salamat qalıb. Qəbiristanlıqlar, ziyarətgahlar dağıdılıb, İslam irsinə aid olan hər şey məhv edilib. Bu da Ermənistanın islamafob siyasət həyata keçirdiyini göstərir. Cənab Prezidentin qeyd etdiyi kimi, eyni zamanda onu göstərir ki, məscidləri dağıdan ölkədən müsəlmanların dostu ola bilməz”.
 

“Bu gün bizim qarşımızda çox böyük bir missiya durur” – deyə, deputat hesab edir ki, İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvlərini səfəri, onların bu erməni vəhşiliklərini görməsi bizim ümumi işimizə böyük töhfə verəcək:
 

“Bu missiya ondan ibarətdir ki, biz ermənilərin dağıtdıqları məscidləri, ümumiyyətlə, işğal müddətində törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Biz bunu müxtəlif platformalarda edirik və hesab edirəm ki, çox sayda İslam ölkələrini özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvlərini səfəri, onların bu erməni vəhşiliklərini görməsi bizim ümumi işimizə böyük töhfə verəcək”.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]