Yaz aylarında Bağ məlhəmi ndən istifadənin üstünlükləri - Azərbaycanda İLK

Yaz aylarında “Bağ məlhəmi”ndən istifadənin üstünlükləri - Azərbaycanda İLK

Meyvə ağaclarına qulluq: Yaz aylarında “Bağ məlhəmi”ndən istifadənin faydaları

“Bağ məlhəmi” yaz mövsümündə budama işləri zamanı virus mənşəli xəstəliklərin qarşısını alacaq

Yaz aylarında “Bağ məlhəmi”ndən istifadənin üstünlükləri - Azərbaycanda İLK

  instaqram AZpress.AZ

 

  facebook 

 

Azərbaycanda ilk dəfə olaraq Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunda “Bağ məlhəmi” adlı effektiv məhsulun kütləvi istehsalı həyata keçirilir. Tam yerli xammal bazası əsasında hazırlanmış bu məhsul ölkə iqliminə və müasir tələblərə uyğunlaşdırılmaqla yanaşı, həm də ekoloji cəhətdən də zərərsizdir.

Hər bir bitki növü, xüsusən də meyvə ağacları, yaşadıqları dövr ərzində müxtəlif zədələrə (təbiət hadisələri, insan amili, meyvə ağırlığından və s.) məruz qalır. Qırılma, çatlama və kəsik hissələrində ağac gövdəsinin bütövlüyünü təmin edən qoruyucu qabıq hissələri müxtəlif dərəcədə zədələnir ki, bu da öz növbəsində, bitkinin ümumi qidalanma zəncirinin pozulmasına gətirib çıxarır. Beləliklə, dərin və irimiqyaslı zədələr zamanı əlavə qoruyucu vasitələrdən istifadə olunmasına ehtiyac yaranır

Belə ki, Təcrübə-Sənaye Zavodunun istehsal etdiyi “Bağ məlhəmi” mart və noyabr aylarında həyata keçirilən budama işləri zamanı meyvə ağaclarında budamadan sonra yaranan yaralarda göbələk, bakteriya, virus mənşəli xəstəliklər, həmçinin zərərvericilərin məskunlaşmasının qarşısının alınması məqsədilə istifadə olunur.

Preparat bağ şəraitində sınaqdan keçirilir, sınaqlar müsbət nəticə verdikdən sonra bütün parametrlər təyin olunur və analitik mərkəz tərəfindən məhsulun keyfiyyətinə nəzarət olunur. Həmçinin “Bağ məlhəmi” Azərbaycanın bir çox regionlarında budama işləri zamanı uğurla sınaqdan keçirilib.

Qeyd edək ki, ölkəmizə bağlara qulluq zamanı ağacların kəsik yerlərinin xüsusi qoruyucu vasitələrlə işlənməsi məqsədilə xarici, xüsusən də MDB ölkələrindən müxtəlif tərkibə malik vasitələr gətirilsə də, onların çoxu müasir tələblərə cavab vermir. “Bağ məlhəmi” isə həm qiymət, həm də keyfiyyət baxımından xarici analoqlarından daha sərfəlidir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]