MEK tərəfindən AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin biblioqrafiyası çap olunub

MEK tərəfindən AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin biblioqrafiyası çap olunub

 MEK tərəfindən AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin biblioqrafiyası çap olunub

  instaqram AZpress.AZ

 

  facebook 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri” seriyasından tanınmış dilçi-türkoloq alim AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi, AMEA-nın müxbir üzvü Əbülfəz Aman oğlu Quliyevin biobiblioqrafik göstəricisi hazırlanıb. Görkəmli alimin 70 illik yubileyi haqqında AMEA Rəyasət Heyətinin Qərarı ilə çapa tövsiyə olunan kitabın elmi redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, redaktoru AMEA MEK-in Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı, tərtibçiləri alimin qızı, filologiya üzrə fəlsəfə doktoru Aliyə Əbülfəzqızı və MEK-in baş biblioqrafı Mahnur Həsənovadır.
Görkəmli pedaqoq Əbülfəz Quliyevin həyat və fəaliyyətinin əsas tarixlərini özündə əks etdirən, 1972-2020-ci illəri əhatə edən biobiblioqrafiyada alimin monoqrafiyaları və dərslikləri, tərtibçisi olduğu və tərcümə etdiyi kitabları, elmi və elmi kütləvi məqalələri, elmi rəhbərlik və opponentlik etdiyi dissertasiyalar, Azərbaycan və türk dillərinin tarixini geniş təbliğ edən müxtəlif konfrans, simpozium, elmi seminarlarda etdiyi çıxış və məruzələri öz əksini tapıb. Həmçinin göstəriciyə üç dildə alimin həyat və fəaliyyətinin əsas tarixləri, ictimai və elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk daxil edilib.
Biobiblioqrafik göstəricidə materiallar xronoloji qaydada, əlifba sırası ilə və çap olunduğu dillərə görə qruplaşdırılıb. Kitabın sonunda göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə soraq-axtarış aparatı tərtib edilib.
Bu yaxınlarda "Elm" nəşriyyatında işıq üzü görən kitab Azərbaycan dilçiliyi, türkologiya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]