ADPU-nun alimi M.Nəzərovun Sociocultural Fundamentals of Education kitabı dünyanın 10 dilinə tərcümə olunub

ADPU-nun alimi M.Nəzərovun “Sociocultural Fundamentals of Education” kitabı dünyanın 10 dilinə tərcümə olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ümumi pedaqogika" kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Müslüm Nəzərovun Almaniyada ingilis dilində nəşr olunan "Sociocultural Fundamentals of Education" (“Təhsilin sosiomədəni əsasları”) kitabı artıq Latın Amerikası, Rusiya və Avropanın 10 ölkəsində oxuculara təqdim olunub.


Xatırladaq ki, 248 səhifədən ibarət kitabın ilk nəşri 2020-ci ildə “LAP LAMBERT Academic Publishing” nəşriyyatı tərəfindən həyata keçirilib.


Kitabda müasir təhsil sisteminin qlobal xarakterindən, şəxsiyyətyönlü təhsildən, təhsilin cəmiyyət həyatının əlaqələndirici halqası və inkişaf xətti olmasından bəhs olunaraq çağdaş dövr təhsilinin sosiomədəni əsasları araşdırılır.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]