Milyon dolları aşan gəlir

Milyon dolları aşan gəlir

  instaqram AZpress.AZ

  facebook 

“SOCAR Capital” şirkətindən verilən məlumata istinadən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan vəfaizləri rüblük qrafiklərləödənilən SOCAR İstiqrazlarının 1 milyon 250 min dollarlıq növbəti faizödənişi 19apreltarixindəistiqraz sahiblərinin hesablarına köçürüləcək (17 apreltarixi qeyri–işgününətəsadüf etdiyindən, buraxılış şərtlərinəəsasən, növbəti ilk iş günü).

 

4 ildən artıqdır ki,yerli fond bazarındaən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 2021-ci ilin ikinci, ümumilikdəisə,18-cifaiz ödənişi nəticəsindəsahiblərinənövbəti dəfə$1.25 milyondollarlıq gəlir gətirəcək. Bununla da, istiqraz sahiblərinin ümumiqazancı 22milyon500 min dollarayüksəlmiş olacaq(toplamda 25 milyon dollar.)

 

Təkrar bazar əməliyyatları həcminin $200 milyona çatması, bağlanmış əqd sayının 2.400–ü ötməsi vəBakı Fond Birjasında ən çox tədavül olunan korporativ maliyyəalətinəçevrilməsiSOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricilərindəndir.

 

1 və5 saylı “ASAN xidmət” mərkəzlərindən dəəldəedilməsi mümkün olan SOCAR İstiqrazlarının 2021-ci ilin ilk rübü üzrəölkənin korporativ istiqraz bazarındakı payı 62% təşkil edib.

 

SOCAR İstiqrazlarının növbəti kuponödənişi cari ilin 17 iyul tarixindəbaş tutacaq. *1999 çağrı nömrəsi daim investorların xidmətindədir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]