Ağciyər xərçənginin belə əlamətləri ola bilər

Ağciyər xərçənginin belə əlamətləri ola bilər

 Ağciyər xərçənginin belə əlamətləri ola bilər

  instaqram AZpress.AZ

  facebook 

Ağciyər xərçəngi doqquz simptomla özünü göstərə bilər.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Britaniya Xərçəng Araşdırma Mərkəzindən açıqlama verilib.

 

Bildirilib ki, xəstəliyin ən çox müşahidə edilən göstəricisi istisnalar olmaqla davamlı öskürəkdir. Ağciyər xərçəngi xəstəliyi ağız suyu xaric edildiyi zaman, tərkibində qanın olması kimi simptomlarla da özünü göstərə bilər.

 

Bundan əlavə nəfəs çatışmazlığı və döş qəfəsində ağrılar xəstəlik barədə xəbər verə bilər.

 

Mütəxəssislər iştahsızlığa, kəskin çəki itkisinə və davamlı yorğunluq hissinə diqqət yetirməyi məsləhət görür. Həmçinin təkrarlanan sinə infeksiyaları zamanı diqqətli olmaq lazımdır.

 

Təşkilatın məlumatında qeyd edilir ki, sadalanan simptomlar aşkarlanarsa, dərhal tibbi müayinədən keçilməlidir.

 

"Xərçəng qastritin başlamasından 20 il sonra özünü göstərə bilər. Hazırda onkoloji xəstəliklər "cavanlaşır". Xoşagəlməz simptomlar meydana gəldiyi təqdirdə mütləq həkimlə məsləhətləşin", - deyə onkoloq Yuri Pokrovski xəbərdarlıq edib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]