BDU-nun tələbələri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçiblər - FOTO

BDU-nun tələbələri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçiblər - FOTO

Bakı Dövlət Universitetinin (BDU)  IV kursda təhsil alan 22 tələbəsi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda martın 1-dən aprelin 15-dək 45 gün müddətində istehsalat təcrübəsi keçiblər. İstehsalat təcrübəsi zamanı tələbələr institutun laboratoriyalarında müasir avadanlıq və texnologiyaların iş prinsipləri ilə tanış olublar. İnstitutun Bioadaptasiya, Bitki biotexnologiyası, Genomun quruluşu və ekspressiyası, Xloroplastların fotokimyası, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyalarında təcrübələrə qoşulan tələbələr burada tədrisdə əldə etdikləri bilikləri təcrübədə tətbiq etməklə texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar. Aprelin 16-da Zoom platforması üzərindən onlayn formatda keçirilən seminarda istehsalat təcrübəsini başa vuran tələbələr əldə etdikləri təcrübələr haqqında hesabat təqdim ediblər. Seminarda İnstitutun elmi işlər üzrə direktor müavini Ə.Məmmədov, elmi katib D.Əliyeva, Təhsil şöbəsinin baş mütəxəssisi Q.Bayramova, həmçininn müəllim-alim kollektivinin nümayəndələri iştirak ediblər. Sonda təqdimatlar qrup rəhbərləri tərəfindən müsbət qiymətləndirilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]