Çernobıl hadisələri - Çıxışa doğru da MÜZAKİRƏ +FOTO+VİDEO

“Çernobıl hadisələri” - “Çıxışa doğru”da MÜZAKİRƏ +FOTO+VİDEO

  instaqram AZpress.AZ

  facebook

26 aprel 1986-cı ildə Çernobil Atom Elektrik Stansiyasında qəza baş verdi. Bu qəza atom energetikası tarixində ən iri həcmli qəza kimi qeydə alınıb. Faciəvi hadisə minlərlə insanın həyatına son qoydu, bir çox xəstəliklərin (o cümlədən onkoloji) yaranmasına səbəb oldu və ətraf mühitə bərpa olunmaz zərər yetirdi.

Çernobil hadisəsi bütün şəhəri xarabalığa, ətrafdakı zonaları isə yüksək radioaktiv ərazilərə çevirdi. Çernobil qəzasını Fukusima-1 AES-da baş verən qəzadan yalnız bir şey fərqləndirirdi: Çernobil insanların səhvi, Fukusima-1 isə təbiətin şıltaqlığı nəticəsində baş vermişdir. Çernobil qəzası nəticəsində yaranmış radioaktiv şüalanma Xirosima və Naqasakidəki şüalanmadan qat-qat güclü olmuşdur.

AzTV-nin “Çıxışa doğru” verilişində “Çernobıl hadisələri” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov, Çernobıl Əlilləri İttifaqının idarə heyətinin üzvü Eldar Nuriyev və akademik Adil Qəribov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]