Vətən müharibəsi şəhidinin ikinci övladı dünyaya gəlib AZpressAZ-Mais İbrahimov, Ağcabədi (+FOTO=19)

Vətən müharibəsi şəhidinin ikinci övladı dünyaya gəlib AZpressAZ-Mais İbrahimov, Ağcabədi (+FOTO=19)

Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan Əliyev Azər Dilafət oğlunun övladı dünyaya gəlib. Yeni doğulan körpəyə atasının istəyinə uyğun olaraq Əli adı verilib.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, şəhid Azər Əliyevin yeni doğulan övladı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından evə ailə üzvləri, rayon İcra Hakimiyyətinin əməkdaşları, "YAŞAT" Fondunun nümayəndələri, şəhidin hərbçi yoldaşlarının iştirakı ilə yola salınıb. Bu, şəhidin ikinci övladıdır. Azərin birinci övladı Nəzrinin 2 yaşı var.
Şəhid Azər Əliyevin övladının zəruri xərcləri “YAŞAT” Fond tərəfindən qarşılanıb. Bu məqsədlə dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Balaca Əlinin alnına şəhid oğlu kimi doğulmaq yazıldı. O, heç vaxt atasını görməyəcək, onun əllərindən tutmayacaq, boynuna sarılmayacaq. Amma hər dəfə Vətənin torpağına, daşına toxunduqca, havasını udduqca atasının varlığını duyacaq, qoxusunu alacaq, nəfəsini hiss edəcəkdir. Azad olunmuş torpaqların hər qarışında bütün şəhidlərimiz kimi, atasının da izini görəcəkdir. Bir evin oğlundan, bir elin oğluna çevrilən atasının.
Qeyd edək ki, Azər Əliyev Ağcabədinin Yuxarı Qiyaməddinli kəndindədir. O, Füzuli,Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 2020-ci il oktyabrın 15-də Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanıb.Uzun müddət koma vəziyyətində qalan Azər 2021-ci il yanvarın 28-də şəhidlik zirvəsinə ucalıb.

Mais Amin AZpress.AZ Ağcabədi.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]