Teleradio Akademiyasının məzunları ulduz oldular

Teleradio Akademiyasının məzunları ulduz oldular

 Teleradio Akademiyasının məzunları ulduz oldular

  instaqram AZpress.AZ

  facebook

 


“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının 29dinləyicisi qurumda işlə təmin olunub.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Akademiyanın birinci buraxılışından 21, ikinci buraxılışından 8 nəfərQSC-də işləyir.
Xatırladaq ki, 2010-cu ildə yaradılmış Teleradio Akademiyası 2019-cu ildən tam şəkildə fəaliyyətə başlayıb, ilk məzunları da məhz həmin ildə olub.
Dərslər Rövşən Məmmədov, Faiq Hüsiyev, Rafiq Həşimov, Nərgiz Cəlilova, Dilarə Səlim və digər tanınmış media mütəxəssisləri tərəfindən tədris olunur.
Onu da bildirək ki, Akademiya tez-tez xarici təhsil müəssisələri ilə əməkdaşlıq edir. Belə ki, 2021-ci ildə Türkiyənin Sivas Cümhuriyyət Universitetinin təşkilatçılığı ilə onlayn formatda “Media Yaradıcılığı Sertifikat Proqramı” treninqləri keçirilib.
Qeyd edək ki, Teleradio Akademiyasında üçüncü buraxılış üzrə dinləyicilərin praktik məşğələləri davam edir.
Akademiyanın fəaliyyəti ilə bağlı videoçarx hazırlanıb, məzunların və QSC-də işləyən məzunların fikirlərinə yer verilib. Həmin videoçarxı təqdim edirik:

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]