Mübariz Əsgərov MTRŞ üzvü təyin olunmağından DANIŞDI

Mübariz Əsgərov MTRŞ üzvü təyin olunmağından DANIŞDI

 Mübariz Əsgərov MTRŞ üzvü təyin olunmağından DANIŞDI

  instaqram AZpress.AZ

 

  facebook

Ölkə Prezidentinin dünənki sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin olunan Əməkdar jurnalist Mübariz Əsgərov bunu böyük etimad və məsuliyyət hesab edib.

Bildiririk ki, M.Əsgərov təyinatın onun üçün gözlənilməz olduğunu deyib:

“Qarabağ bölgəsində sənədli filmin çəkilişləri vaxtı cənab Prezidentin sərəncamı ilə Milli Televiziya və Radio Şurasına üzv təyin olunmağım haqqında şad xəbər aldım. Uzun illər teleməkanda çalışmış, vuruşmuş Mübariz Əsgər kimi cənab Prezidentə, Ali Baş Komandana səmimi təşəkkür edirəm. Onun etimadını doğrultmaq üçün bütün yaradıcı potensialımı, təcrübəmi səfərbər edəcəyimə söz verirəm... Müharibədə qazanılan Zəfərin arxa cəbhədə də davamlı olması üçün hər bir vətəndaş öz sahəsində əsgər olmalıdır... Televiziya əslində ön cəbhədir. Həmişə göz önündədir. Televiziya işçisi adi əsgər yox, Xüsusi Təyinatlı Əsgər olmalıdır!”.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]