Putinin mükafatlandırdığı Məmmədəli Ağayev kimdir?

Putinin mükafatlandırdığı Məmmədəli Ağayev kimdir?

 Putinin mükafatlandırdığı Məmmədəli Ağayev kimdir?

 

Moskvada mədəniyyət və incəsənət işçilərinə dövlət mükafatlarının verilməsi mərasimi keçirilib.


Moskva Akademik Satira Teatrının direktoru, soydaşımız Məmmədəli Ağayevə də Rusiya Prezidentinin Fəxri Fərmanı təqdim edilib.


Rusiya Dövlət Böyük Teatrın Bethoven zalında baş tutan mərasimdə çıxış edən Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova mədəniyyət işçilərini fəxri ad almaları münasibətilə təbrik edib. Bildirib ki, bu dəfə rus mədəniyyətinin zəngin tarixi irsinin qorunub saxlanmasına və inkişafına böyük töhfə verən mədəniyyət və incəsənət işçilərinə, yaradıcılıq birliklərinin nümayəndələrinə yüksək mükafatlar və fəxri adlar təqdim olunur.


Təltif olunan 42 nəfər mədəniyyət işçisi arasında həmyerlimiz, Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayev də Rusiya mədəniyyətində xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə Fəxri Fərmana layiq görülüb. AZƏRTAC

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]