Məmmədyarovla Rəcəbov reytinq mövqelərini qoruyub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarovla Rəcəbov reytinq mövqelərini qoruyub - İNTİQAM təqdim edir (AZpress.AZ)

 ŞAHMAT
------------------------------------------------------
Məmmədyarovla Rəcəbov reytinq mövqelərini qoruyub

  instaqram AZpress.AZ

  facebook

Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünya şahmatçılarının yeni reytinq cədvəlini açıqlayıb. Maraqlıdır ki, Azərbaycan şahmatının hazırki liderləri - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov əvvəlki kimi yenə də Top-10-dakı mövqelerində qalıb. Aktivində 2770 xalı olan Məmmədyarob 8-ci, Rəcəbovsa 2765 xalla 10-cudur. Digər şahmatçılarımıza gəlincə, Top-100-də yer alanlardan Nicat Abbasov (2665) 72-ci, Qədir Hüseynov (2665) 73-cü, Rauf Məmmədovsa (2654) 89-cu yerdədir. Kişilərin reytinq cədvəlində ilk üç yeri müvafiq ardıcıllıqla yenə də Maqnus Karlsen (2847), Fabiano Karuana (2820) və çinli qrossmeyster Dinq Lijen (2799) tutur.
Zərif cinsdən olan şahmatçılarımıza gəlincə, Top-100-də yer alan Günay Məmmədzadə (2443) 29-cu, Gülnar Məmmədova (2382) 80-ci. Xanım Balacayeva (2376) isə 90-cı pillədə qərarlaşıb. Qadınların reytinq cədvəlinə yenə də çinli Xou İfan (2658) liderlik edir. Rusiyalı Aleksandra Qoryaçkinanın (2593) ikinci yeri tutduğu cədvəldə ilk üçlüyü hindistanlı Xampri Koneru (2586) tamamlayır.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]