BMA-nın 100 illiyi münasibətilə online canlı bağlantı və konsert keçirildi.

BMA-nın 100 illiyi münasibətilə online canlı bağlantı və konsert keçirildi.

BMA-nın 100 illiyi münasibətilə online canlı bağlantı və konsert keçirildi.

 

 2021-ci il 30 aprel tarixində Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə BMA-nın 100 illiyi münasibətilə online canlı bağlantı və konsert keçirildi.
Konserti BMA-nın Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova bütün iştirakçıları salamlayaraq, açıq elan etdi. O, həmçinin akademiyanın 100 illiyi münasibətilə bir çox silsilə tədbirlərin, konsertlərin keçiriləcəyini də qeyd etdi. Bu konsertin isə belə tədbirlərin ilki olduğunu vurğuladı.
Sonra Sankt-Peterburq Dövlət Konservatoriyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Regina Vyaçeslavovna Qlazunova söz verildi. O da, hər kəsi salamlayaraq, bu tədbir münasibətilə qonaqları təbrik edərək, xoş arzularını bildirdi.
Ardınca Sankt-Peterburq Dövlət Konservatoriyasının rektoru, Rusiyanın Əməkdar artisti, professor Aleksey Nikolayeviç Vasilyev və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyliyə söz verildi. Hər iki rektor öz növbəsində Rusiya və Azərbaycanın qonşu ölkələr olaraq, daim həmrəy olduğunu və bir-birinin mədəniyyətlərinə hörmətlə yanaşdıqlarını vurğuladılar. Professor Aleksey Nikolayeviç Vasilyev həmçinin Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə öz təbrikini çatdıraraq, bu təhsil ocağının musiqi tarixində böyük rol oynamasını və bir əsr boyunca akademiyanın dünyaca məşhur, görkəmli musiqiçilər yetişdirdiyini, böyük nailiyyətlər əldə etməsini qeyd edərək, uğurlar arzu etdi.

F.Bədəlbəyli də ilk öncə xoş sözlərə və təbriklərə görə Sankt-Peterburq Dövlət Konservatoriyasının rektoru və bütün kollektivinə dərin təşəkkürlərini bildirdi. O, görkəmli bəstəkar, musiqişünas alim, ictimai xadim Üzeyir Hacıbəylinin Sankt-Peterburq Konservatoriyasında təhsil aldığını, dahi bəstəkar Qara Qarayevin baletlərinin Sankt-Peterburq Teatrında səhnəyə qoyulmasını qeyd etdi.
Ardınca söz musiqiyə verildi. Konsertin l hissəsində Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbələri, ll hissəsində isə BMA-nın tələbələri öz ifaları ilə çıxış etdilər. Tədbirdə Azərbaycan, rus və xarici ölkələrin bəstəkarlarının əsərləri səsləndirildi.
Konsertin sonunda Y.Axundova və R.Qlazunova

maraqlı konsert üçün təşəkkürlərini bildirdilər və belə tədbirlərin davamlı olmasını arzuladılar.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]