Karateçilərimiz Lissabonda 4 medal qazanıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Karateçilərimiz Lissabonda 4 medal qazanıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

 KARATE
------------------------------------------------------------
Karateçilərimiz Lissabonda 4 medal qazanıblar

  instaqram AZpress.AZ

  facebook


Portuqaliyanın paytaxtı Lissabonda Karatenin VKF versiyası üzrə Karate-1 Premyer-liqa seriyasının mərhələ yarışı keçirilib. Olimpiya təsnifatlı bu turnirdə Azərbaycandan olan dayanq ustaları da mübarizə aparıblar. Karateçilərimiz həm şəxsi kumite, həm də şəxsi və komanda kata üzrə yarışlara qatılıblar. Azərbaycan Milli Karate Federasiyasından (AMKF) aldığımız məlumata görə, qurumun prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında bəlli turnirə qatılan 15 idmançımızdan 4-ü mükafatçılar arasında yer ala bilib. Ən yaxşı nəticəni isə +84 kq-da döyüşən Asiman Qurbanlı göstərib. Yalnız həlledici finalda gürcüstanlı idmançıya uduzan Qurbanlı ikinci yeri tutaraq, gümüş medala layiq görülüb. Heyəti Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət olan kata komandamız isə üçüncü yeri tutub.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]