Məmmədyarov erməni Aronyanı udaraq turnirin 3-cüsü olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov erməni Aronyanı udaraq turnirin 3-cüsü olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

 ŞAHMAT
----------------------------------------------------------
Məmmədyarov erməni Aronyanı udaraq turnirin 3-cüsü olub


Şahmat üzrə hazırki dünya çempionu Maqnus Karlsenin (Norveç) təşkil etdiyi "Çempionun Şahmat Turniri" yarışının sayca 5-ci olan və həmyerlilərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun da qatıldığı "New in Chess Classic" mərhələ yarışı başa çatıb. Onlayn formatda keçirilən yarış cütlüyümüzdən biri - Məmmədyarov üçün daha uğurlu olub. Beləki, 16 qrossmeysterin iştirakı ilə startı verilən turnirin 15 turdan ibarət ilkin təsnifat mərhələsini topladığı 9,5 xalla 3-cü yerdə başa vuran Məmmədyarov 1\4 finalda Əlireza Firuzcanı (FİDE) məğlub edərək yarımfinala çıxıb. Burada isə o, üzləşdiyi ABŞ təmsilçisi Xikaru Nakamuraya tay-brekdə uduzaraq, 3-cü yer uğrunda mübarizə aparmalı olub. Onun rəqibi isə erməni Levon Aronyan olub. Sevindirici haldır ki, üçüncülük uğrunda erməniylə üzləşən həmyerlimiz birinci matçda onunla heç-heçə (2:2) oynasa da, ikinci matçda onu üstələməyi bacarıb - 2,5:0,5. Bununla da Məmmədyarov ilk dəfə qatıldığı turnirin 3-cüsü olub.

Turnirin mərhələ yarışının qalibi adını isə 1\4 finalda həmyerlimiz Teymur Rəcəbovu məğlub edən dünya çempionu Karlsen qazanıb. O, həlledici finalda Nakamuradan üstün olub - 2:2 (3:1). Xatırladaq ki, turnirin son final mərhələsi bu ilin payızında Can-Fransiskoda keçiriləcək. Yeri gəlmişkən, geridə qalan 5 mərhələ yarışından birini udub, birini isə 3-cü yerdə başa vuran Teymur Rəcəbov həmin finalında iştirak etmək hüququ əldə edib.

İNTİQAM Məmmədov 2:2 (3:1)

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]