Masallıda Şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı - (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir, +FOTO=11)

Masallıda “Şeir” müsabiqəsinin qalibləri mükafatlandırıldı - (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir, +FOTO=11)

21-30 aprel 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü” nə həsr olunmuş Masallı rayon tam orta və ümumi orta ümumtəhsil məktəblərinin VII-X sinif şagirdləri arasında keçirilən onlayn şeir müsabiqəsinə yekun vuruldu.

Koronavirus(COVİD-19) Pandemiyasına qarşı əsas müdafiə tədbirlərini nəzərə alaraq,təşkil edilən mükafatlandırma mərasimində, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək müsabiqənin keçirilməsində əsas məqsədin Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi və şagirdlər arasında Heydər Əliyev məfkurəsinin geniş təbliği və istedadlı şagirdlərin üzə çıxarılması olduğunu bildirdi. Sonda müsabiqədə qalib gələn şagirdlərimizi təbrik edərək onlara gələcək işlərində uğurlar arzuladı.

Tədbirdə Masallı rayonTəhsil şöbəsinin metodisti Əkbər Mahmudov çıxış edərək qalibləri təbrik etmiş və müsabiqədə şagirdlərimizin fəallığ göstərdiyini xüsusi olaraq vurğulamışdır.

10 gün davam edən və 80 nəfərə yaxın şagirdin iştrakı ilə təşkil edilən onlayn şeir müsabiqəsinin yekun nəticəsinə əsasən, VII-VIII sinif şagirdləri arasında I yerə Dəmirçi kənd ümumi orta məktəbinin VII sinif şagirdi Rəsulova Sara Rəsul qızı, II yerə Qızılağac 2 saylı tam orta məktəbinin VIII sinif şagirdi Mairova Məryəm Elçin qızı , III yerə N.Bağışov adına Xanalion kənd ümumi orta məktəbinin VIII sinif şagirdi Bağırzadə Mirbağır Mirəsgər oğlu, fərqləndiklərinə görə isə Ə.Vəliyev adına Qarğalıq kənd tam orta məktəbinin VIII sinif şagirdi Xanməmmədova Rəvanə Tehran qızı, Güllütəpə kənd tam orta məktəbinin VIII sinif şagirdi Tağıyeva Nargilə Elnur qızı, B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin VIII sinif şagirdi Feyzullayeva Günel Elşən qızı fərqlənmə diplomları ilə mükafatlandırılmışlar.

IX-X sinif şagirdləri arasında I yerə Bədəlan kənd tam orta məktəbinin X sinif şagirdi Şahbazzadə İlqarə Mahir qızı, II yerə Qəzvinoba kənd ümumi orta məktəbinin IX sinif şagirdi Abbasova Sevgül Zöhrab qızı, III yerə C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin IX sinif şagirdi Bağırova Fatmeyizəhra Rauf qızı, fərqləndiyinə görə isə Ərkivan qəsəbə 2 saylı tam orta məktəbinin X sinif şagirdi Abdullayeva Fidan Vüsal qızı fərqlənmə diplomları ilə mükafatlandırılmışdır.

Müsabiqədə qalib gəlmiş şagirdlər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]