Xalçalarımız dünənimiz, bugünümüz, sabahımız adlı videokonfrans

“Xalçalarımız dünənimiz, bugünümüz, sabahımız”adlı videokonfrans

 5 may – Xalçaçı gününə həsr olunmuş

“Xalçalarımız dünənimiz, bugünümüz, sabahımız”adlı videokonfrans

  instaqram AZpress.AZ

 

  facebook

4 may 2021-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Xalçaçı günü” peşə bayramı münasibətilə videokonfrans keçiriləcək.

“Xalçalarımız dünənimiz, bugünümüz, sabahımız” adlı konfransda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədov, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov xalqımızın milli sərvəti olan, qədim tarixə və zəngin ənənəyə malik qədim xalçaçılıq sənəti və onun inkişafı istiqamətində görülən işlər barədə çıxış edəcəklər.

Tədbirə qatılan ayrı-ayrı şəhər və rayonların Heydər Əliyev Mərkəzlərinin direktorları regionlarda xalçaçılığın mövcud vəziyyəti barədə məlumat verəcəklər.

Sonda tədbir iştirakçıları mövzu ətrafında müzakirələr aparacaqlar.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]