Can Azərbaycan Respublika qrafika və akvarel yaradıcılıq müsabiqəsinin açılış mərasimi keçirildi -(AZpress.AZ-Ə.Mahir, +FOTO=22, +VİDEO)

“Can Azərbaycan” Respublika qrafika və akvarel yaradıcılıq müsabiqəsinin açılış mərasimi keçirildi -(AZpress.AZ-Ə.Mahir, +FOTO=22, +VİDEO)

  instaqram AZpress.AZ

  facebook

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Can Azərbaycan” Respublika qrafika və akvarel yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırması və Xətai Akvarel Qalereyasını açılışının təqdimat mərasimi 2021-ci il 27 aprel tarixində Xətai Sənət Mərkəzində baş tutdu.

Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi və müsabiqə akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü məqsədi ilə keçirilən müsabiqəni giriş sözü ilə Azətbaycan Dövlət Rəsm Qalereyasinin direktoru Qalib Qasimov açaraq tədbir iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı.Çıxış edən Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbirə dəstək olan tərəfdaşlara ,secim heyyətinə və tədbirə əsər göndərən hər kəsə təşəkkür etdi .Söz alan Dünya Suluboyaçılar Cəmiyyəti Azərbaycan nümayəndəliyinin koməkçisı Səbinə xanım İskəndərli Akvarelin özəlliklərindən danışdı və mükafatçıları təbrik etdi.Tədbir iştirakşiları yeni yaradılmış Xətaı Akvarel Qalereyası ilə taniş oldular

Tədbir Təbib qaydalarına uyğun olaraq keçirildi.

“Can Azərbaycan” müsabiqəsinin yekun sərgisi Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin online hesablarından izləmək mümkündür. 

www.facebook.com/ADRQalereya.az/videos/294514242048792

www.facebook.com/Xetaisenetmerkezi/videos/2571384193167124

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]