Yüksək Texnologiyalar Parkının ərazisindən keçən dəmir yolu xətti bərpa olunub +FOTO=2

Yüksək Texnologiyalar Parkının ərazisindən keçən dəmir yolu xətti bərpa olunub +FOTO=2

  instaqram AZpress.AZ

  facebook

Məlum olduğu kimi, Azərbaycanda əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılır və bununla bağlı ardıcıl layihələr icra olunur. Ölkəmizdə sosial infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən işlər dünyada bu sahədə tətbiq olunan ən müasir standartlara cavab verir. Son illərdə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Azərbaycanda dəmir yolunun müasirləşdirilməsi istiqamətində də çox mühüm və ardıcıl layihələr həyata keçirilməkdədir. Bu, respublikamızın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycanda dövlət səviyyəsində sosial sahəyə olan diqqəti də aydın göstərir.

Ölkəmizdə görülən işlərə hər zaman dəstək verən AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasına da öz dəstəyini göstərməkdədir.

AZpress.-AZ-a verilən məlumata görə, belə ki, YT Park tərəfindən parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun yerləşdiyi ərazidən keçən, daha öncə mövcud olmuş dəmir yolu xətti istifadəyə yararsız olduğundan bərpa olunmuş, infrastruktur yenilənmişdir.

Ərazidən keçən bu xətt yenidənqurmadan sonra ən müasir səviyyədə fəaliyyət göstərəcək.

Qeyd edək ki, xəttin yerləşdiyi ərazinin ətrafında abadlıq-quruculuq, yaşıllaşdırma işləri görülüb, işıqlandırma sistemi quraşdırılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]