Njde rus xalqının soyqırımında iştirak edib – Rusiyadan ermənilərə ETİRAZ

“Njde rus xalqının soyqırımında iştirak edib” – Rusiyadan ermənilərə ETİRAZ

Rusiyanın “Regnum” informasiya agentıliyinin baş redaktoru, jurnalist Modest Kolerov Ermənistanı tənqid edib.

 

Həmişə ermənipərəst mövqeyi ilə tanınan Kolerov Azərbaycanın Xocavənd şəhərində erməni faşistlərinin lideri, Rusiyaya və Azərbaycana qarşı vuruşmuş hərbi cinayətkar Qaregin Njdenin büstünün olmasına etiraz edib.

“Qaregin Njdenin bayrağı altında Ermənistanın və Qarabağ ermənilərinin heç bir perspektivi yoxdur. Çünki Njde rusofobiya simvoludur və rus xalqına qarşı soyqırımında iştirak edib. Ermənistanda da, Qarabağda da bunu yaxşı bilirlər. Ona görə də Rusiya ilə münasibətlərdəki yalan üzdədir”-deyə Kolerov etirazını bildirib. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]