General Muradov Njdenin büstünün sökülməsinə GÖSTƏRİŞ VERİB

General Muradov Njdenin büstünün sökülməsinə GÖSTƏRİŞ VERİB

Azərbaycanın Xocavənd şəhərində erməni faşistlərinin lideri Qaregin Njdenin büstünün götürülməsi cəhdi baş tutmayıb.

 

Rusiya sülhməramlı qüvvələrinin komandiri Rüstəm Muradovun abidənin sökülməsi ilə bağlı verdiyi göstəriş icra olunmayıb. Yerli sakinlər və Ermənistandan gələn radikal millətçilər büstün götürülməsinə mane olublar. Hadisə zamanı sülhməramlılarla sakinlər arasında gərginlik yaranıb.

 

Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov büstün mayın 9-u Qələbə gününə qədər götürülməsini tələb edir. Abidənin Xocavənddən yığışdırılmasını Rusiya ilə yanaşı, Azərbaycan da tələb edir. 

Ermənistan KİV

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]