Sosial ipoteka kimlərə şamil olunur? – Şərtlər - Çıxışa doğru da MÜZAKİRƏ (+FOTO=5, +VİDEO)

“Sosial ipoteka kimlərə şamil olunur? – Şərtlər” - “Çıxışa doğru”da MÜZAKİRƏ (+FOTO=5, +VİDEO)

Sosial ipoteka krediti 30 il müddətinə, illik 4%-lə verilir.


Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna gənc ailələr, şəhid ailələri, milli qəhrəman ailələri, məcburi köçkünlər, ən azı 3 il dövlət qulluğunda çalışan şəxslər, elmlər namizədi və ya elmlər doktorları, idman sahəsində xüsusi xidməti olan şəxslər malikdir. Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin ən azı 3 il hərbi xidmətdə olan hərbçiləri də bu kateqoriyaya aid şəxslərdir. Güzəştli kreditlər vətəndaşa yalnız 1 dəfə verilir. Bu iş 21 bankda həyata keçirilir.

Sosial ipotekanı almaq üçün borc alanın şəxsiyyət vəsiqəsinin surəti, nikah və ya nikahın pozulmasını təsdiqləyən sənədin surəti, ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin, həmçinin yaş kağızlarının surəti, əmək müqaviləsinin və borc alanın əmək kitabçasının surəti, iş yerindən arayış və sair sənədlər tələb olunur.

AzTV-nin “Çıxışa doğru” verilişində “Sosial ipoteka kimlərə şamil olunur? – Şərtlər” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Sosial Tədqiqatlar Mərkəzinin Departament müdiri Ayşəm Balayeva, İpoteka və Zəmanət Fondunun İpoteka Kreditləri Departamentinin direktor müavini Rasim Abdullayev, 1-ci Qarabağ müharibəsi iştirakçısı, UNEC İslam Maliyyə Tədqiqat Mərkəzinin tədqiqatçısı Əfqan Musayev və iqtisadçı Asif İbrahimov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]